Hindistanda təyyarələrin yoxlanılması gücləndiriləcək
Hindistanın aviasiya tənzimləyicisi DGCA "Boeing 787-8" və "787-9" təyyarələri üçün təhlükəsizlik yoxlamalarının gücləndirilməsi barədə göstəriş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, həmin təyyarələr "Air India" şirkətinə məxsusdur və "GEnx" mühərrikləri ilə təchiz edilib.
Bəyanata görə, gücləndirilmiş nəzarət tədbirləri 2025-ci il iyunun 15-dən etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, 12 iyun tarixində Hindistanda təyyarə qəzası baş verib.
Türkan İsgəndərli