Hindistanda Rohinca qaçqınları dənizə atıldı

Hindistanda Rohinca qaçqınları dənizə atıldı
29.08.2025 11:30 Dünya

Hindistanda saxlanılan bir qrup Rohinca qaçqınları Andaman adalarına aparıldıqdan sonra Hindistan donanmasına aid gəmidən dənizə atılıb. Onlara yalnız can yelekləri verildiyi bildirilir.

TodayPress TV "TRT Haber"ə istinadən verir ki, şahidlərin sözlərinə görə, saxlanılan şəxslərə gəmidə işgəncə verilib, dini mənsubiyyətləri ilə bağlı sorğu-sual olunublar.

BMT və insan haqları təşkilatları bu hadisəni kəskin tənqid edərək, insanların həyatını təhlükəyə atan bir addım kimi dəyərləndirib.

Məlumata görə, Hindistan Ali Məhkəməsi 29 sentyabrda onların hüquqi statusu ilə bağlı qərar verəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər