Hindistanda körpü çökdü - Ölən və yaralananlar var

Hindistanda körpü çökdü - Ölən və yaralananlar var
09.07.2025 15:19 Dünya

Hindistanın Qucarat əyalətində üzərində insanların və avtomobillərin olduğu körpü uçub.

TodayPress TV bu barədə xarici KİV-ə istinadən xəbər verir.

900 metr uzunluqda olan körpü Vadodara və Anand rayonlarını birləşdirib. Körpünün bir hissəsinin çökməsi nəticəsində 2 avtomobil və 2 yük maşını suya düşüb.

Bədbəxt hadisənin 9 nəfərin ölümü ilə nəticələndiyi, 6 nəfərin yaralandığı bildirilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər