Hindistanda dünyanın ən hündür dəmir yolu körpüsü açıldı

Dünya

07.06.2025 11:20

Hindistanın Baş naziri Narendra Modi Kəşmir vadisini ölkənin qalan hissəsi ilə birləşdirən Çenab Dəmir Yolu Körpüsünün açılışını edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib.

"Biz bu körpünün Hindistanın ən çətin şərtlərdə futuristik infrastruktur qurmaq qabiliyyətini əks etdirən ambisiya və icranın qüsursuz qarışığı olması ilə son dərəcə qürur duyuruq", - deyə Modi bildirib.

O, yeni körpü layihəsinin Cammu və Srinagar arasında əlaqəni əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını və bunun ticarət və turizmə müsbət təsir edəcəyini söyləyib. Uzunluğu 1,3 kilometr olan və dəniz səviyyəsindən 359 metr yüksəklikdə yerləşən körpü dünyanın ən hündür körpüsüdür.

Töhfə Səməd

tag: Hindistan,Baş nazir,Narendra Modi ,Kəşmir ,Dəmir Yolu Körpüsü,todaypress.tv,