Braziliya Ukraynaya silah tədarükünə icazə verəcək

Dünya

26.07.2025 14:55

2026-cı ildə keçiriləcək prezident seçkilərindən sonra Braziliyada sağçı namizəd hakimiyyətə gələrsə, ölkənin xarici siyasət kursu dəyişə və Ukraynaya silah tədarükü, həmçinin Rusiyaya qarşı sanksiyalar gündəmə gələ bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Braziliya Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabiti və analitik Robinson Farinazu bildirib.

Farinazunun sözlərinə görə, Braziliyadakı sağ qüvvələr birmənalı şəkildə ABŞ-nin mövqeyini dəstəkləyir və bu, ölkənin mövcud neytral mövqeyindən uzaqlaşmasına səbəb ola bilər.

O qeyd edib ki, əgər hazırkı prezident Luiz İnasio Lula da Silva və ya onun siyasi xəttini davam etdirən namizəd seçkidə qalib gəlməsə, Braziliya ilə qlobal Cənub ölkələri arasında münasibətlər də zərər görə bilər.

Türkan İsgəndərli

tag: Braziliya,Ukrayna,Rusiya,ABŞ,Todaypress.tv,