HƏMAS Qəzza danışıqlarına qayıtmağa hazır olduğunu açıqladı

HƏMAS Qəzza danışıqlarına qayıtmağa hazır olduğunu açıqladı
01.06.2025 23:45 Dünya

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı İsraillə dolayı danışıqlara qayıtmağa hazır olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, müvafiq bəyanat hərəkatın "Telegram" kanalında dərc olunub.

“Biz mübahisəli məsələlərdə konsensusa nail olmaq üçün Qəzzə ilə bağlı dolayı danışıqlara dərhal qayıtmağa hazır olduğumuzu təsdiq edirik”, - bəyanatda deyilir.

Eyni zamanda, HƏMAS əlavə edib ki, təşkilat, anklavda daimi atəşkəsin təmin edilməsini və İsrail qoşunlarının oradan tamamilə çıxarılmasını” məcburi şərt hesab edir.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər