Hakan Fidan: "Türkiyə Ukraynanın infrastrukturunu bərpa etməyə hazırdır"
"Türkiyə Ukraynadakı münaqişənin tezliklə həlli üçün mümkün səylərini göstərəcək".
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat yayıb.
"Ukraynadakı müharibəyə mümkün qədər tez son qoyulmalıdır. Biz bu istiqamətdə vasitəçilik səylərini yerinə yetirəcəyik", - nazir bəyan edib.
O əlavə edib ki, Türkiyə Ukraynanın infrastrukturunu bərpa etməyə hazırdır. Eyni zamanda ölkə iqtisadiyyatına töhfə istiqamətində də işlər görüləcək.
Aynur TAC