Gürcüstanın sabiq yüksək vəzifəli şəxslərinin evlərində axtarışlar aparılır

Gürcüstanın sabiq yüksək vəzifəli şəxslərinin evlərində axtarışlar aparılır
17.10.2025 22:50 Dünya

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, sabiq Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qriqol Liluashvili və sabiq baş prokuror Otar Partsaladzenin evlərində axtarışlar aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Baş prokuror Georgi Gvarakidze brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, aparılan axtarışlar zamanı müxtəlif elektron cihazlar, sənədlər və böyük məbləğdə pul götürülüb.

Gvarakidze sabiq yüksək vəzifəli şəxslərin hansı işlər üzrə istintaqa cəlb olunduqlarını və hansı statusda olduqlarını açıqlamayıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər