Gürcüstanda hökuməti devirməyə çalışan 13 nəfər saxlanıldı

Gürcüstanda hökuməti devirməyə çalışan 13 nəfər saxlanıldı
07.10.2025 04:34 Dünya

Gürcüstanda oktyabrın 4-də hökuməti devirməyə cəhddə şübhəli bilinən 13 nəfər saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinq zamanı bildirib.

"Oktyabrın 4-də baş vermiş iğtişaşda iştirak edən 15 nəfər müəyyən edilib, onlardan 13-ü saxlanılıb", - deyə nazir müavini bildirib.

Daraxvelidze əlavə edib ki, hazırda hökuməti devirməyə cəhd, qruplaşma zorakılığında iştirak və konstitusiya quruluşunu dəyişdirmək ittihamları ilə istintaq aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər