Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı
27.09.2025 23:40 Dünya

Gürcüstanın Laqodexi bələdiyyəsində leysan tipli yağışlar çayların daşmasına və kəndlərin su altında qalmasına səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "1tv.ge" məlumat yayıb.

Təbii fəlakət ən çox Verxvismindori, Uzuntala və Qancala kəndlərinin sakinlərinə ziyan vurub.

Xilasetmə xidmətinin və meriyanın müvafiq xidmətləri hadisə yerinə səfərbər olunub.

Qeyd edək ki, Gürcüstanın bu ərazilərində əsasən azərbaycanlılar yaşayır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər