Gürcüstanda 3 Türkiyə vətəndaşı saxlanıldı

Gürcüstanda 3 Türkiyə vətəndaşı saxlanıldı
04.08.2025 16:10 Dünya

Gürcüstan 22, 25 və 28 yaşlı 3 Türkiyə vətəndaşı Acarıstan polisi tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə və saxlama maddəsi ilə saxlanılıblar. 

TodayPress TV yerli mediaya istinadən məlumat verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri, o cümlədən təqsirləndirilən şəxsin üzərində yoxlama nəticəsində külli miqdarda narkotik vasitə olan kokain və preqabalin adlı psixotrop maddə aşkar edilərək götürülüb.

Saxlanılan şəxslərin günahı sübuta yetirilərsə, onları 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər