Gürcüstan Saakaşvilinin partiyasını qadağan etmək istəyir
"Gürcüstanda Konstitusiya Məhkəməsindən Saakaşvilinin partiyasını qadağan etməyi xahiş ediləcək".
TodayPress TV xəbər verir ki, Gürcüstanın Birinci Kanalının məlumatına görə, bunu jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Kollektiv Milli Hərəkatı təşkil edən bütün partiyaları konstitusiyaya zidd elan etmək üçün müvafiq iddia qaldıracağıq", - siyasətçi bildirib.
Baş nazir bu prosesi demokratik adlandırıb.
Orxan Saffari