Gürcüstan Prezidenti Türkiyəyə səfər edəcək

Gürcüstan Prezidenti Türkiyəyə səfər edəcək
11.08.2025 16:45 Dünya

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 12-də Türkiyəyə ilk rəsmi səfərini edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran sosial media hesabında paylaşım edib. 

Duranın açıqlamasına görə, Kavelaşvilinin Türkiyəyə edəcəyi ilk rəsmi səfər çərçivəsində Türkiyənin strateji tərəfdaşı Gürcüstanla əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün  addımlar atılacaq. Eləcə də aktual regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparılacaq. 

Aysel Mətləb

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər