"GTA VI" ilə bağlı sürpriz qərar
Dünya
05.05.2026 18:45
"Grand Theft Auto VI" (GTA VI) ilk mərhələdə yalnız konsollar üçün çıxacaq.
TodayPress TV-nin məlumatına görə, oyunun naşiri "Take-Two Interactive"ın rəhbəri Strauss Zelnik bildirib ki, əsas auditoriya məhz konsol istifadəçiləridir.
Oyun əvvəlcə "Sony"nin "PlayStation" və "Microsoft"un "Xbox" platformalarında satışa çıxarılacaq. Daha sonra isə "PC" versiyası gələcək, amma bunun nə vaxt olacağı açıqlanmayıb.
Zelnik izah edib ki, bu yanaşma "Rockstar Games" üçün artıq ənənəyə çevrilib.
Maraqlıdır ki, bu qərarın "Sony" ilə xüsusi razılaşma ilə bağlı olub-olmadığı sualına “xeyr” cavabı verilib. Şirkətə görə, səbəb sadəcə olaraq "GTA" seriyasının tarixən konsol yönümlü olmasıdır.
Uzun müddətdir gözlənilən oyunun çıxış tarixi də təsdiqlənib: "GTA VI"nın 19 noyabr 2026-cı ildə təqdim olunacağı gözlənilir.
Türkan İsgəndərli
tag: GTA,Konsol,Oyun,PC,Todaypress.tv,
