FT: Avropa Trampı inandıra bilmir

FT: Avropa Trampı inandıra bilmir
27.05.2025 11:00 Dünya

Avropa İttifaqının aparıcı ölkələri hələlik Rusiyanın xam neftinə tətbiq edilən tavan qiymətin 60 dollardan 45 dollara endirilməsi təklifinə nə Aİ-yə üzv bütün 27 dövləti, nə də G7 tərəfdaşlarını inandıra bilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“Brüssel Rusiyaya qarşı daha təsirli iqtisadi zərbə endirmək üçün neftin ixrac qiymətində yuxarı həddi 60 dollardan 45 dollara endirmək istəyir. Lakin bu planın həyata keçməsi üçün həm Aİ üzvlərinin, həm də G7 ölkələrinin razılığı tələb olunur”, – deyə məqalədə bildirilir.

Hazırda neft qiymətinin endirilməsi təklifi üzərində müzakirələr davam edir və yekun qərar hələ qəbul olunmayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər