Fransada qatar yük maşını ilə toqquşdu: 1 ölü, 27 yaralı

Dünya

07.04.2026 13:41

Fransanın şimalındakı Pa-de-Kale departamentində, Neuks-le-Mayns kommunasında "TGV" sürətli qatarı hərbi texnika daşıyan yük maşını ilə toqquşub.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qəza nəticəsində sürücü ölüb, 27 nəfər yaralanıb. Qatarda 250 sərnişin olub və qəza səbəbindən qatar relsdən çıxıb.

Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) məlumatına görə, bölgədə qatar hərəkəti ən azı günün sonuna qədər dayandırılıb. Qəzanı Respublikanın Nəqliyyat Naziri Filipp Tabaro təsdiqləyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fransa,Qatar,Maşın,Toqquşma,Todaypress.tv,