Fransada çoxmərtəbəli binada yanğın - Ölənlər var

Fransada çoxmərtəbəli binada yanğın - Ölənlər var
20.10.2025 20:10 Dünya

Fransanın Lion şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın dörd nəfərin həyatına son qoyub.

TodayPress TV-nin “Euronews”-a istinadla verdiyi məlumata görə, 30–40 yaşlarında iki kişi və iki qadın yaşadıqları qanunsuz zirzəmi mənzilində tüstüdən boğularaq ölüb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun yuxarı mərtəbələrə yayılmasının qarşısını alıblar.

Yanğın zamanı binada olan 10 nəfər təhlükəsiz şəkildə təxliyə edilib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər