Fransa: Ukraynanın demilitarizasiyası qəbuledilməzdir

Fransa: Ukraynanın demilitarizasiyası qəbuledilməzdir
17.08.2025 20:00 Dünya

Fransa Ukraynanın demilitarizasiya olunmasını yolverilməz hesab edir.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “La Tribune Dimanche” yayıb.

Nəşrin yazdığına görə, Fransanın Avropa işləri üzrə xarici işlər nazirliyindəki nümayəndəsi Benjamen Adda bildirib ki, Fransa Böyük Britaniya və “istəkli ölkələr koalisiyası” ilə birlikdə Kiyevə təhlükəsizlik təminatları üzərində işləyir.

Onun sözlərinə görə, bu məqsəd ilk növbədə güclü Ukrayna ordusunun mövcudluğunu tələb edir:

“Ukraynanın demilitarizasiya olunmasına dair istənilən niyyət qəbuledilməzdir”.

Nazir əlavə edib ki, “istəkli ölkələr koalisiyası” Kiyevin təhlükəsizlik təminatında aparıcı rol oynamağı planlaşdırır.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər