Fransa Əsədin həbs orderini ləğv etdi
Dünya
26.07.2025 12:15
Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə dair orderi ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb.
Məhkəmənin rəhbəri Kristof Soulard bildirib ki, dövlət başçısının toxunulmazlığı istisnasız olaraq qorunur və bu səbəbdən order ləğv olunub. Lakin Soulard əlavə edib ki, Əsəd artıq prezident olmadığı üçün istintaq davam edə bilər və gələcəkdə onun həbsi üçün yeni orderlər verilə bilər.
Qeyd edək ki, Fransa Bəşər Əsədin həbsi ilə bağlı ilk beynəlxalq orderi 2023-cü ilin noyabrında verib. O, 2013-cü ildə həyata keçirilən kimyəvi hücumla əlaqədar hərbi cinayətlərdə ittiham olunurdu. İkinci order isə 2025-ci ilin yanvarında verilib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında ABŞ və Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu” Əsəd rejiminin sonlandığını elan edib. Ardınca o, Suriyanı tərk edərək Rusiyaya sığınıb.
Türkan İsgəndərli
tag: Fransa,Bəşər Əsəd,Suriya,Order,Todaypress.tv,