Kreml Avropanın Rusiya-Belarus təlimləri ilə bağlı narahatlığına cavab verib
Dünya
11.09.2025 14:19
“Rusiya-Belarus hərbi təlimləri üçüncü ölkələrə qarşı deyil, daha çox əməkdaşlığı davam etdirmək məqsədi daşıyır”.
TodayPress TV xəbər verir ki, bu barədə “Gazeta” nəşri məlumat yayıb.
Belə ki, jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
“Qərb-2025” adlanan təlimlər sentyabrın 12-dən 16-dək Belarus ərazisində keçiriləcək. Təlimlər həqiqətən də baş tutacaq. Bunlar planlaşdırılmış təlimlərdir. Onlar heç kimə qarşı yönəlməyib. Söhbət hərbi əməkdaşlığın davam etdirilməsindən və iki strateji müttəfiq arasında qarşılıqlı fəaliyyətin praktiki fəaliyyətindən gedir”.
Qeyd edək ki, sentyabrın 9-da Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski Polşa hakimiyyətinin sentyabrın 11-dən 12-nə keçən gecə Belarusla sərhədi müvəqqəti bağlayacağını deyib.
Deyilənə görə, buna səbəb isə Rusiya-Belarus birgə “Qərb-2025” təlimləri olub.
Orxan Saffari
tag: Belarus,Təlim,Rusiya,Sərhəd,Todaypress.tv,