Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi araşdırılacaq
Dünya
16.09.2025 08:41
Sentyabrın 15-də Türkmənistan Xarici İşlər Nazirliyində (XİN) Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) 11-ci iclası öz işinə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkmənistan XİN məlumat yayıb.
İclasda Türkmənistan, Azərbaycan (rəhbər – S.A.Şərifov), İran İslam Respublikası (rəhbər – K.Q.Abadi), Qazaxıstan (rəhbər – Z.A.Amanjolova) və Rusiyanın (rəhbər – N.N.Udoviçenko) nümayəndə heyətləri iştirak ediblər. İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M.G.Atacanov sədrlik edib.
İclas zamanı tərəflər Xəzər dənizində birbaşa başlanğıc xətlərin müəyyən edilməsi metodikasını müzakirə ediblər. Görüş çərçivəsində Xəzər dənizində əməkdaşlığın ümumi vəziyyəti nəzərdən keçirilib və xarici işlər nazirlərinin növbəti görüşünün hazırlanması məsələləri müzakirə olunub.
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı məsələlərin araşdırılması üçün xüsusi işçi qrupun yaradılması məsələsi də gündəmə gətirilib.
Xəzər dənizi məsələləri üzrə İşçi Qrupun on birinci iclası öz işini davam etdirir.
tag: Xəzər, XİN, Türkmənistan, Səviyyə, Rusiya, Qazaxıstan, todaypress.tv,