Ermənistan Omanda səfirlik açacaq
Dünya
17.03.2026 13:32
Ermənistan rəsmi olaraq Oman Sultanlığında səfirlik açacaq.
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar 2025-ci il aprelin 10-da qəbul edilib.
Qeyd edilib ki, açılış mərasimi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Maskat səfəri zamanı keçiriləcək. Nazir Omanlı həmkarı Bədr bin Həməd bin Həmud Əl Busəid ilə görüşəcək.
Xatırladaq ki, Ermənistan və Oman arasında diplomatik münasibətlər 7 iyul 1992-ci ildə qurulub. İmzalanan yeganə sənəd Ermənistan Respublikası Xarici İşlər Nazirliyi ilə Oman Sultanlığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin keçirilməsi barədə anlaşma memorandumu olub.
Jalə Rövşən
tag: Ermənistan,Oman Sultanlığı,Səfirlik,Ararat Mirzoyan,Todaypress.tv,
