Fransa ABŞ səfirinin bəyanatına görə Vaşinqtona etiraz etdi

Fransa ABŞ səfirinin bəyanatına görə Vaşinqtona etiraz etdi
25.08.2025 10:12 Dünya

Fransa Xarici İşlər Nazirliyi ABŞ səfirinin ölkədə antisemitizmin artması ilə bağlı açıqlamalarına görə etirazını bildirib.

TodayPress TV xəbər verir ki, nazirliyin rəsmi saytında yayılan bəyanatda ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşnerin sözlərinin qəbuledilməz olduğu vurğulanır.

Sənəddə qeyd olunub ki, bu açıqlamalar beynəlxalq hüquqa, xüsusən də dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə ziddir və Fransa ilə ABŞ arasında mövcud olan transatlantik münasibətlərin səviyyəsinə uyğun gəlmir.

Məlumata görə, avqustun 25-də səfir Kuşner Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər