Fon der Lyayen: “Avropa öz yerini qorumaq üçün mübarizə aparmalıdır”

Dünya

10.09.2025 13:05

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində illik çıxışı zamanı bildirib ki, Avropa gücə əsaslanan yeni dünya nizamında öz yerini qorumaq uğrunda mübarizə aparmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə o, Avropa Parlamentində "Avropa İttifaqının (Aİ) vəziyyəti" adlı illik çıxışı zamanı məlumat verib.

Fon der Lyayen Rusiyanın Ukraynanın qərbinə hücumu zamanı 10-dan çox “Şahed” tipli Rusiya dronunun Polşa hava məkanını pozduğunu qeyd edərək, bu halı “məsuliyyətsiz və görünməmiş” bir təxribat adlandırıb, o cümlədən Polşaya tam həmrəylik ifadə edib.

O, Aİ-nin Rusiya ilə sərhəddə yerləşən üzv ölkələrdə müşahidəni gücləndirmək üçün yeni “Şərq cəbhəsinə nəzarət” proqramı başlatdığını da elan edib.

"Avropa öz ərazisinin hər qarışını müdafiə edəcək", - deyə Komissiya rəhbəri vurğulayıb.

O, həmçinin Aİ-nin Ukrayna ordusunun hərbi imkanlarını artırmaq məqsədilə “Keyfiyyətli Hərbi Üstünlük” proqramı təklif edəcəyini bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Ursula fon der Lyayen,Avropa Komissiyası,Avropa İttifaqı,Açıqlama,Todaypress.tv,