Zelenski əsgərlərin maaşları üçün maliyyə dəstəyi istəyir
Dünya
25.07.2025 17:16
Ukrayna prezidenti Volodimir Zelenski Avropa ölkələrindən əsgər çatışmazlığını aradan qaldırmaq üçün əsgərlərin maaşlarının artırılmasına maliyyə köməyi istəmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Zelenski bildirib ki, əvvəllər Avropa ölkələri yalnız silahlar üçün yardım edirdilər, amma indi Ukrayna ordusunun birbaşa dəstəyə ehtiyacı var.
Ukrayna hökuməti daha çox insanın orduya yazılması üçün yüksək maaş və ödənişlər təklif etmək istəyir. Amma bu, böyük xərclərə səbəb olur və ölkə büdcəsi onsuz da çətin vəziyyətdədir.
Ukrayna 2025-ci ildə hərbi texnika və silah istehsalı üçün 25 milyard dollar ayırmağı planlaşdırır və büdcə kəsirinin 65 milyard dollara çatacağı gözlənilir.
Zelenski bu məsələni artıq Avropa Komissiyası rəhbəri, NATO baş katibi, Fransa və Britaniya liderləri, eləcə də ABŞ rəsmiləri ilə müzakirə etdiyini deyib.
Türkan İsgəndərli
tag: Zelenski,Əsgər,Yardım,Avropa,Todaypress.tv,