Finlandiyada vətəndaşlıq almaq çətinləşir

Dünya

26.10.2025 23:20

Finlandiyada vətəndaşlıq almaq qaydaları sərtləşdirilib. Yeni qanun 2025-ci il dekabrın 17-dən qüvvəyə minəcək.

TodayPress TV xəbər verir ki, Prezident Aleksandr Stubb hökumətin hazırladığı dəyişiklikləri təsdiqləyib. 

Yeni qaydalara əsasən vətəndaşlıq üçün müraciət edən şəxsin sabit gəliri olmalıdır, işsizlik müavinəti və ya sosial yardımla yaşayanlar vətəndaşlıq ala bilməyəcək və son iki ildə üç aydan çox bu cür yardım alanların müraciəti rədd ediləcək.

Bundan başqa, terrorizm, dövlətə xəyanət və digər ağır cinayətlərə görə vətəndaşlıq ləğv edilə bilər.

İkili vətəndaşlığı olan şəxslər üçün bu cəza müddəti beş ildən iki ilə endirilib.

Yalan məlumat verənlərin vətəndaşlığı da ləğv oluna bilər.

Bu dəyişikliklər 2023-cü ildən başlayan immiqrasiya islahatlarının davamıdır. Parlament daha əvvəl vətəndaşlıq almaq üçün tələb olunan yaşayış müddətini beş ildən səkkiz ilə qaldırmışdı. Yeniliklər Helsinkidə etirazlara səbəb olub.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Finlandiya,Vətəndaşlıq,Miqrasiya,Stubb,Todaypress.tv,