Rusiya və Ukrayna danışıqlarının üçüncü raundu başa çatdı - YENİLƏNDİ
Dünya
23.07.2025 22:28
İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Danışıqlar 40 dəqiqə davam edib.
***
21:11
İstanbulda Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski ilə Rustem Umerov arasında təkbətək görüş keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Görüş media üçün qapalıdır.
***
20:24
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Görüşə Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəlib",- Agentliyin mənbəsi bildirib.
Aynur TAC
tag: Rusiya, Ukrayna, Türkiyə, Görüş,todaypress.tv,