Avstraliyada güclü siklon ölkəni iflic etdi
Dünya
02.07.2025 13:26
Avstraliyanın şərq sahillərini vuran güclü "bomba siklonu" nəticəsində ölkədə elektrik enerjisinin kəsilməsi və nəqliyyatın dayanması baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Bildirilir ki, gecə boyunca bölgəyə 130 millimetrə qədər yağış düşüb, küləyin sürəti saniyədə 34 metrə çatıb.
Siklonun episentrində materikin ən böyük şəhəri Sidney olub. Yeni Cənubi Uels Dövlət Fövqəladə Hallar Xidməti paytaxt ərazisinin bəzi hissələri, eləcə də Kamden, Penrit və Şimali Riçmond şəhərləri üçün daşqın xəbərdarlığı verib.
Pis hava şəraiti səbəbindən Böyük magistral yollar bağlanıb, qatar və bərə hərəkətlərində gecikmələr müşahidə olunur.
Tufan küləyi minlərlə yerli sakini işıqsız qoyub. Enerji şirkəti "Ausgrid" bildirir ki, artıq 30 mindən çox istehlakçıya elektrik enerjisi bərpa olunub, lakin hələ də 9 mindən çox ev və müəssisə işıqsız qalır.
Rəsmi qurumlar sakinlərə ehtiyatlı olmalarını və təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edir.
Türkan İsgəndərli
tag: Avstraliya,Siklon,Yağış,Fırtına,Todaypress.tv,