Le Pen: "Bütün mandatları qurban verməyə hazırıq"
Dünya
07.09.2025 15:55
Fransada sağçı Milli Mitinq partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen hökumətin istefası üçün "bütün mandatlarını qurban verməyə” hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, o, hazırkı hökuməti ölkəni “demokratik böhran”a sürükləməkdə günahlandırıb.
Siyasətçi Baş nazir Fransua Bayrunun dövlət maliyyəsinin ağır vəziyyəti ilə bağlı sözlərini inkar etmədiyini, amma bunun demokratiya böhranı ilə qarışdırılmamalı olduğunu vurğulayıb. Le Pen hökumətin Avropa İttifaqına maliyyə dəstəyi, bərpa olunan enerji layihələri və kütləvi immiqrasiyanın xərclərini sərt tənqid edib.
Onun sözlərinə görə, partiyanın hazırkı lideri Jordan Bardella hökumət rəhbərliyini öz üzərinə götürməyə hazırdır, Milli Mitinqdən olan onlarla deputat isə “hətta sabah” nazir kimi fəaliyyət göstərə bilər.
Türkan İsgəndərli
tag: Fransa,Mitinq,Partiya,Mandat,Todaypress.tv,