Peskov Trampın Ukrayna ilə bağlı yeni bəyanatına münasibət bildirdi

Dünya

29.07.2025 16:11

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Ukraynada münaqişənin həlli müddətini qısaltması və Rusiya ilə yüksək səviyyəli təmaslarda maraqlı olmaması barədə verdiyi bəyanatlara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında Trampın son bəyanatından xəbərdar olduqlarını deyib.

“Biz ABŞ Prezidentinin dünənki bəyanatını nəzərə aldıq”, - deyə Kreml sözçüsü bildirib. O, eyni zamanda Trampın sözlərini şərh etməkdən çəkinmək istədiyini əlavə edib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunması üçün 50 günlük müddət təyin etdiyini, əks halda Moskva və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz gömrük rüsumları tətbiq edəcəyini bildirmişdi.

Lakin ABŞ Prezidenti bu həftənin əvvəlində verdiyi açıqlamada Rusiya ilə bağlı məyus olduğunu və bu səbəbdən müddəti 10–12 günə endirdiyini bəyan edib. Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinlə danışmaqda maraqlı olmadığını da qeyd edib, lakin hansı mövzuda təmasdan imtina etdiyini dəqiqləşdirməyib.

Töhfə Səməd 

tag: Rusiya ,Ukrayna,Dmitri Peskov,Donald Tramp,Todaypress.tv,