Fransada Rusiya ilə hərbi münaqişəyə hazırlıq aparılır

Dünya

08.06.2025 13:32

Fransada Rusiya ilə silahlı münaqişəyə hazırlıq məqsədilə təbliğat kampaniyası aparılır. 

TodayPress TV xəbər verir ki, bu iddia ilə Vətənpərvərlər Partiyasının lideri Florian Filippot çıxış edib.

O bildirib ki, televiziyada Fransanı Rusiya ilə rəsmi olaraq müharibəyə cəlb etmək üçün çılğın təbliğat kampaniyası gedir.

Siyasətçinin bu açıqlaması "LCI" telekanalının müşahidəçisi Pyer Servantın Fransanın artıq Rusiya ilə müharibə vəziyyətində olduğu barədə fikirlərinə cavab olaraq səslənib.

Mayın 10-da Fransa prezidenti Emmanuel Makron da bu mövzu ilə bağlı danışıb. 

O bildirib ki, əgər Moskva Ukrayna ilə 30 günlük atəşkəs təklifini qəbul etməsə, Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edə bilər. 

Makronun sözlərinə görə, bu sanksiyalar Rusiyaya təzyiqi artırmaq və onu güzəştə məcbur etmək məqsədi daşıyır. O, həmçinin Rusiya prezidenti Vladimir Putini “maksimum sanksiyalarla” hədələməyin vacib olduğunu vurğulayıb.

Türkan İsgəndərli

tag: Fransa,Rusiya,Münaqişə,Təbliğat,todaypress.tv,