Finlandiya yeni qırıcılar alır
"Finlandiya 64 ədəd F-35 qırıcı təyyarəsi alır".
TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakyanen məlumat verib.
Nazir, həmçinin ölkə ordusunda islahatlara başladıqlarını qeyd edib. Onun sözlərinə görə, 1 milyondan çox ehtiyat qüvvəni yaratmaq üçün Finlandiya çağırış sistemində dəyişikliklər edəcək.