Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlər keçirəcək

Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlər keçirəcək
30.10.2025 19:00 Dünya

Finlandiya Quru Qoşunları bildirir ki, noyabr-dekabr aylarında ölkə ərazisində, o cümlədən Rusiya ilə həmsərhəd bölgələrdə, təxminən 15 min əsgərin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçiriləcək. 

TodayPress TV xəbər verir ki, təlimlərin məqsədi çağırışçılar, ehtiyatda olan hərbi qulluqçular və ordunun şəxsi heyətinin müharibə dövründə vəzifələrini yerinə yetirməyə hazır olmasını təmin etməkdir. 

Təlimlərdə müttəfiq ölkələrin qoşunları da iştirak edəcək. Məşqlər NATO-nun Finlandiyada hərbi infrastrukturunu gücləndirməsi fonunda keçirilir. Sentyabrın 1-dən Mikkeli şəhərində, Rusiya sərhədindən 140 km aralıda, NATO Quru Qoşunlarının Regional Komandanlığının qərargahı fəaliyyət göstərir.

Burada ilkin olaraq 10 zabit, daha sonra isə 50 nəfərlik şəxsi heyət olacaq. Yeni struktur NATO-nun şimal bölgəsində quru qoşunlarının idarə olunması, milli orduların hərəkətlərinin əlaqələndirilməsi və təlimlərin birgə planlaşdırılması ilə məşğul olacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Mayda 211 nəfər Azərbaycanın sərhəd rejim qaydalarını pozub 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Bütün Xəbərlər