Finlandiya Ottava Konvensiyasından çıxmaq niyyətindədir
Dünya
03.07.2025 17:27
Finlandiya prezidenti Aleksandr Stubb iyulun 4-də ölkənin piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxmasını təsdiqləmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İyulun 4-nə nəzərdə tutulan hökumət gündəliyinə Konvensiyanın denonsasiyası və bununla bağlı qanunvericilik dəyişikliklərinin müzakirəsi daxildir. Finlandiya parlamenti artıq iyunun 19-da sənəddən çıxma qərarını təsdiqləyib.
Konvensiyadan çıxma prosesi dərhal baş verməyəcək. Prezident qərarı təsdiqlədikdən sonra sənəd BMT baş katibinə təqdim olunacaq və altı ay sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Finlandiyanın bu addımı 2024-cü ilin noyabrında Polşa və Baltikyanı ölkələrin analoji təşəbbüsləri fonunda gündəmə gətirilib.
Türkan İsgəndərli
tag: Finlandiya,Stubb,Ottava,BMT,Todaypress.tv,