Maskdan Trampa gözlənilməz addım

Dünya

02.07.2025 11:44

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampı qlobal siyasətdəki uğurlarına görə təqdir edib. 

TodayPress TV xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“Biz onu təqdir etməliyik. Prezident Tramp bir neçə ciddi qlobal münaqişəni uğurla həll edə bilib”, - deyə Mask bildirib.

Bu açıqlama, Tramp və Mask arasında son zamanlar gərginləşən münasibətlər fonunda diqqət çəkib. Qeyd edək ki, onların arasında vergi və büdcə xərcləri ilə bağlı fikir ayrılığı yaranıb. Mask, Trampın “Böyük və Gözəl” adlı qanun layihəsini sərt şəkildə tənqid edib.

Cavab olaraq, Tramp Maskı ABŞ vəsaitlərini israf etməkdə ittiham edib, onun layihələrinin maliyyələşdirilməsinin dayandırılmasını təklif edib və hətta deportasiya ilə hədələyib. Tramp bildirib ki, məsələ ilə Hökumətin Səmərəliliyi Departamenti (DOGE) məşğul ola bilər.

Türkan İsgəndərli

tag: Amerika,Mask,ABŞ,Tramp,Todaypress.tv,