Finlandiya Aİ-nin ortaq borc təkliflərinə qarşı çıxmağa hazırdır
“Finlandiya Avropa İttifaqının ortaq borc alətləri ilə bağlı təkliflərini rədd etməyə hazırdır”.
TodayPress TV xəbər verir ki, bunu Finlandiyanın maliyyə naziri Riikka Purra verdiyi açıqlamada bildirib.
Nazir hökumətin Aİ-nin yeni böhran mexanizmi və “Catalyst Europe” adlı alətə qarşı olduğunu deyib.
O vurğulayıb ki, hökumət artıq ittifaqın məlumat sənədinə və maliyyə çərçivəsi paketinə dair ilkin mövqeyini açıqlayıb. Növbəti mərhələdə isə məsələ parlamentdə müzakirə olunacaq.
Qeyd edək ki, Aİ-nin yeni böhran alətinin həcmi 400–500 milyard avro civarında olacaq. Komissiya bu aləti 2028–2034-cü illər üçün Aİ-nin maliyyə çərçivəsinin bir hissəsi kimi təklif edib.
Aysel Mətləb