Filippində vulkan püskürdü
Filippində Kanlaon vulkanında partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) məlumat yayıb.
Bildirilib ki, partlayış 3 dəqiqə davam edib və vulkandan 2 kilometrə qədər hündürlüyə kül püskürüb.
Vulkan hazırda əhalidə narahatlıq yaradan ikinci xəbərdarlıq səviyyəsindədir.
Hakimiyyət orqanları sakinlərə qapı və pəncərələri bağlı saxlamağı, açıq yerləri isə nəm dəsmal və ya parçayla örtməyi tövsiyə edib.
Türkan İsgəndərli