Fələstin Trampa müraciət etdi

Fələstin Trampa müraciət etdi
08.08.2025 14:31 Dünya

Fələstin ABŞ Prezidenti Donald Trampa İsrailin Qəzza zolağına tam nəzarət planını dayandırmaq çağırışı edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “WAFA” agentliyi məlumat yayıb. 

Fələstin Dövlətinin bəyanatında bildirilib ki, Tramp İsrailin bu qətnamələrinin icrasını dayandırmaq üçün müdaxilə etməli və Qəzzada müharibəni bitirmək, regionda davamlı sülhə doğru irəliləmək vədini yerinə yetirməlidir. 

Xatırladaq ki, bundan əvvəl İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun Qəzzanı işğal etmək qərarını təsdiqləyib.  

Aysel Mətləb

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər