Fabiyen Mandon: "Fransa qarşıdurmaya hazır olmalıdır"
Fransa ordusu 3-4 ildən sonra qarşıdurmaya hazır olmalıdır.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa ordusunun Baş Qərargah rəisi, general Fabiyen Mandon açıqlayıb.
“Silahlı qüvvələr üçün əsas məqsədimiz üç-dörd il ərzində hər hansı qarşıdurmaya hazır olmaqdır”, – Mandon bildirib.
O, Rusiya ilə münasibətlərdə yaranmış vəziyyətə də toxunaraq əlavə edib: “Toqquşmalar artıq hibrid formada baş verir, lakin gələcəkdə daha da genişlənə bilər”.
Jalə Rövşən