Estoniyada helikopter Baltik dənizinə düşdü

Estoniyada helikopter Baltik dənizinə düşdü
06.07.2025 14:20 Dünya

Vilsandi və Saarema adaları arasında Estoniyaya məxsus bir helikopter dənizə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Estoniya Polisi və Sərhəd Mühafizə İdarəsi məlumat yayıb.

Bildirilir ki, bütün sərnişinlər sağdır və onlarla əlaqə saxlanılıb. Sərnişin və ekipaj üzvlərinin dəqiq sayı hələ açıqlanmayıb.

Hadisə yerinə xilasedicilər, polis və könüllülər cəlb olunub və xilasetmə əməliyyatı davam edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər