Ermənistanın Avstriyadakı konsulu Azərbaycana casusluq ittihamı ilə saxlanıldı

Ermənistanın Avstriyadakı konsulu Azərbaycana casusluq ittihamı ilə saxlanıldı
29.08.2025 11:05 Dünya

Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan Ermənistana qayıtdıqdan sonra "Zvarnots" hava limanında saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Konsulun Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanıldığını bildirilir.

Onun üzərində bir neçə sənəd aşkarlanıb, bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında axtarış aparıb, kompüterlər, sənədlər yoxlanılıb.

Hadisənin bir neçə ay əvvəl baş verdiyi, lakin böyük qalmaqala səbəb ola bilər deyə həbsin gizli saxlanıldığı qeyd olunub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər