Ermənistandan Gürcüstana qızıl keçirənlər saxlanıldı

Ermənistandan Gürcüstana qızıl keçirənlər saxlanıldı
12.07.2025 03:45 Dünya

Gürcüstanda qızıl-zinət əşyalarının qanunsuz idxalına son qoyulub.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Ermənistanla sərhəddə yerləşən Sadaxlo-keçid məntəqəsində iki belə hadisənin baş verdiyini bildirib. Əcnəbilərin üzərindən ümumilikdə 42,9 min lari (15,7 min dollar) dəyərində 279,9 qram qızıl-zinət əşyası aşkar edilib.

İş materialları Maliyyə Nazirliyinin İstintaq Xidmətinə verilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər