Ermənistanda zəlzələ baş verdi

Ermənistanda zəlzələ baş verdi
06.07.2025 10:50 Dünya

Ermənistanda 1,9 maqnitudalı zəlzələ olub.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 07.48 radələrində baş verən zəlzələnin ocağı Martuni şəhərindən 6 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 2-3 bal, o cümlədən Martuni şəhərində, Eranos, Liçk, Tsaxkar və Vardadzor kəndlərində 2 bala qədər hiss olunub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər