Ermənistanda Valodi Qriqoryanın qətlində ikinci şübhəli həbs edildi

Ermənistanda Valodi Qriqoryanın qətlində ikinci şübhəli həbs edildi
28.09.2025 12:36 Dünya

Ermənistan polisi Parakar icmasının rəhbəri və müxalifətçi Valodi Qriqoryanın qətlində şübhəli bilinən ikinci şəxsi həbs edib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan jurnalistlərə məlumat verərəkən deyib. 

O bildirib ki, ikinci şübhəli artıq saxlanılıb və cinayətdə istifadə edilən silah da tapılıb. Şübhəli saxlanıldıqdan sonra günahını etiraf edib.

Xatırladaq ki, Parakar qətli işində birinci şübhəli sentyabrın 26-da həbs olunub. Bu şəxsin qardaşı, 29 yaşlı Qriqor Ohanyan, fevral ayında öldürülən keçmiş icma lideri Mher Axtoyanın əmisi oğludur. Həm birinci, həm də ikinci şübhəliyə qarşı cinayət işinin aparıldığı bildirilib və araşdırmalar davam edir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər