Ermənistan Polis Qvardiyası zirehli texnika ilə təchiz olunacaq

Ermənistan Polis Qvardiyası zirehli texnika ilə təchiz olunacaq
31.07.2025 12:35 Dünya

Ermənistan hökumətinin iyulun 25-də keçirilən iclasında qəbul edilən qərara əsasən, ölkənin Polis Qvardiyası "BTR-80" və "BRDM-2" tipli zirehli transportyorlarla təchiz ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 

Qərara görə, bu texnika antiterror əməliyyatları və hərbi vəziyyət elan olunan ərazilərdə aparılan hərbi əməliyyatlar zamanı istifadə olunacaq.

Yeni qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, 2024-cü ildən etibarən Ermənistanın Daxili Qoşunları ləğv edilərək onların funksiyaları Polis Qvardiyasına ötürülüb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər