Ərdoğanın avtomobili Nyu Yorkda saxlanıldı
Nyu York Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobilini saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
"BMT Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka gedən Prezident Ərdoğanın avtomobili əvvəlcə saxlanılıb, daha sonra isə ABŞ Prezidenti Donald Trampın avtomobil karvanı keçərkən tıxacda qalıb", - media yazır.
Qeyd edək ki, yolun bağlanmasına səbəb kimi ABŞ Prezidenti Donald Trampın avtomobil karvanının keçməsi göstərilir.