Ərdoğanı üçüncü dəfə hakimiyyətə aparacaq plan AÇIQLANDI

Ərdoğanı üçüncü dəfə hakimiyyətə aparacaq plan AÇIQLANDI
25.06.2026 21:02 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezidentliyə namizəd ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə prezidentinin müşaviri Mehmet Uçum açıqlama verib.

Onun sözlərinə görə, prezident seçkilərinin tarixinin 16 aprel 2028-ci ilə keçirilməsi Ərdoğanın yenidən dövlət başçılığına namizədliyini irəli sürməsinə imkan yarada bilər.

Mehmet Uçum bildirib ki, seçki tarixinin dəyişdirilməsi növbədənkənar seçki kimi deyil, Konstitusiya normaları çərçivəsində səsvermə gününün dəyişdirilməsi kimi qiymətləndiriləcək.

Müşavirin fikrincə, bu halda Ərdoğan Konstitusiyada nəzərdə tutulan istisna hüquqdan istifadə edərək ardıcıl üçüncü dəfə prezident postuna namizədliyini verə biləcək.

Xanım Musayeva

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər