Ərdoğan və Tramp sülh üçün birlikdə hərəkət edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Ankara regionda sülh və sabitliyin qorunması məqsədilə ABŞ Prezidenti Donald Tramp ilə əməkdaşlığı davam etdirəcək.
TodayPress TV bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Ərdoğan qeyd edib ki, Türkiyə bölgədə sabitliyin təmin olunması və gərginliyin azaldılması istiqamətində ABŞ administrasiyası ilə qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir.
Kübra Musayeva