Ərdoğan Starmerlə telefonla danışdı

Ərdoğan Starmerlə telefonla danışdı
26.09.2025 21:00 Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, telefon danışığı zamanı Türkiyə–Böyük Britaniya münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan BMT Baş Assambleyasının Fələstində iki dövlətli həll istiqamətində irəliləyişə töhfə verdiyini vurğulayıb, Starmeri ölkəsinin Fələstini tanıması qərarına görə təbrik edib.

O, Böyük Britaniya və Fransanın bu addımını tarixi hadisə adlandırıb.

Ərdoğan əlavə edib ki, Fələstinə dəstək üçün yaranan dinamikanı qorumaq və Netanyahu hökumətini dayandırmaq məqsədilə diplomatik təzyiqlə yanaşı əlavə tədbirlər də görülməlidir.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər