Ərdoğan Starmerlə Qəzzadakı vəziyyəti müzakirə etdi

Ərdoğan Starmerlə Qəzzadakı vəziyyəti müzakirə etdi
05.08.2025 04:45 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər.

Onlar həmçinin Qəzzadakı mövcud vəziyyət barədə də danışıblar.

Ərdoğan Qəzzadakı humanitar problemlərin kritik həddə çatdığını deyib.

O, Türkiyənin müntəzəm olaraq Qəzzaya humanitar yardım göndərdiyini və atəşkəs müzakirələrini dəsətklədiyini diqqətə çatdırıb.

Ərdoğan həmsöhbətini Fələstin dövlətini tanımaqla bağlı açıqlamalarına görə təbrik edib.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər